Xəzər Xəbər

Səfail Əliyevə Prezidentin fərdi təqaüdü verilib

Gündəm | 16:01 • 20 Oktyabr 2018
Səfail Əliyevə Prezidentin fərdi təqaüdü verilib
Prezident İlham Əliyev Səfail Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.


XəzərXəbər xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə və dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Səfail Məhrəməli oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Xəbər lenti