Xəzər Xəbər

Zakir Həsənov Çexiyada danışıqlar aparır

Gündəm | 13:41 • 19 Oktyabr 2018
Zakir Həsənov Çexiyada danışıqlar aparır
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çex Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin iri sənaye holdinqi - "Czechoslovak Group”un rəhbərliyi ilə görüşüb.


Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, holdinqə daxil olan müdafiə sənayesi şirkətlərinin fəaliyyəti və onların istehsal etdikləri məhsullar barədə brifinqlər təqdim edilib.

Xəbər lenti