Xəzər Xəbər

Nyu-Yorkda Azərbaycanın Müstəqillik günü qeyd ediləcək

Gündəm | 09:28 • 18 Oktyabr 2018
Nyu-Yorkda Azərbaycanın Müstəqillik günü qeyd ediləcək
Oktyabr ayının 21-də ABŞ-ın Nyu-York ştatının Bruklin şəhərində Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan və Tacikistanın müstəqillik günləri birgə qeyd olunacaq.

XəzərXəbər Azərbaycan Respublikası Diasporlarla iş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, tədbirin keçirilməsində əsas məqsəd Müstəqillik gününü qeyd etməklə bərabər, türkdilli və dost ölkələrin ortaq mədəni dəyərləri haqqında Amerika ictimaiyyətini məlumatlandırmaqdır.

"Brooklyn Borough Hall”da keçirilməsi nəzərdə tutulan tədbir rəsmi hissədən sonra, bədii proqramla davam edəcək. Proqramda azərbaycanlı pianoçular Nərgiz Əliyarova, Kamillə Məmmədova, eləcə də Özbəkistan, Türkmənistan və Tacikistandan olan incəsənət ustaları çıxış edəcəklər.

Tədbirin keçiriləcəyi məkanda azərbaycanlı rəssamlar Könül Kəngərli, Cəmilə Sadıqova və Miriam Hüseynovun əsərlərinin sərgisi də təşkil olunacaq.

Bayram tədbirində Azərbaycan, türk, özbək, türkmən və tacik mətbəxindən nümunələr də təqdim ediləcəkdir.

Xəbər lenti