Onun sözlərinə görə, "Bayıl amfiteatrı" adlanan ərazi riskli zona kimi xəritədə qeyd olunub: "Yaz aylarında həmin ərazilərdə uçqun və müəyyən çökmə prosesləri baş vermişdi. 23-ə yaxın ev qəzalı vəziyyətdə idi və təhlükə gözlənilirdi. Bu gün 9 saylı evdə uçma prosesi oldu. Evdə yaşayış olub, amma heç bir vətəndaş xəsarət almayıb. Qonşu evlərin bir neçəsinin divarlarında çatlar müşahidə olunur”.
Ə. Qaralovun sözlərinə görə, həmin ərazidəki evlər 40-50 il əvvəl tikilib.
Ə. Qaralovun sözlərinə görə, həmin ərazidəki evlər 40-50 il əvvəl tikilib.