Xəzər Xəbər

Sürüşmə zonasındakı tikililər sonradan rəsmiləşdirilib - BŞİH

Gündəm | 13:41 • 16 Oktyabr 2018
Sürüşmə zonasındakı tikililər sonradan rəsmiləşdirilib - BŞİH
Badamdar qəsəbəsi, Badamdar şosesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasinda yerləşən mövcud tikililər əsas etibarı ilə keçən əsrin 90-cı illərində tikilmiş fərdi yaşayış evləridir. Tikildikdən sonra bu tikililər vətəndaşlar tərəfindən rəsmiləşdirilib.


XəzərXəbər xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud landşaftı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır.

Məlumat üçün bildirək ki, Badamdar sürüşmə zonasinda əksəriyyətində yaşayış olmayan 11 fərdi yaşayış evi var. Burada yaşayan sakinlər köçürülüb və ərazidəki 2 obyektin fəaliyyəti dayandırılıb.

Xəbər lenti