Xəzər Xəbər

"Kimliyindən asılı olmayaraq, hamı eyni formada dəfn olunacaq"

Gündəm | 11:47 • 15 Oktyabr 2018
"Kimliyindən asılı olmayaraq, hamı eyni formada dəfn olunacaq"
"Yas mərasimləri elə qaydada olmalıdır ki, bir-birindən fərqlənməsin"

XəzərXəbər xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.


Onun sözlərinə görə, nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı hazırlanan yeni qanun layihəsinin qəbul edilməsindən sonra kimliyindən asılı olmayaraq, hər kəsin eyni səviyyədə və formada dəfn olunması təmin ediləcək.

S.Novruzov vurğulayıb ki, hələ də bəzi yas mərasimlərində fərqli yeməklərin verilməsi halları qalır: "Cəmiyyəti inandırmalıyıq ki, bu kimi hallar islamda yoxdur. Odur ki, mərasimlərin daha sadə keçirilməsini təmin etməliyik".

Komitə sədri əlavə edib ki, dini mərasimlərin müxtəlif formaları mövcuddur: "Müasir dövrdə mərasimlər milli adət ənənələr və qanunlarla tənzimlənməlidir. Hər şey qəbul edilən qaydalar çərçivəsində olmalıdır. Digər xalqlara nisbətən türkçülük və islamçılıq ənənələri var".

Xəbər lenti