Xəzər Xəbər

“Dəlallara, vasitəçilərə yol verilməməlidir” - Nazirdən müraciət

Gündəm | 17:36 • 8 Oktyabr 2018
“Dəlallara, vasitəçilərə yol verilməməlidir” - Nazirdən müraciət
"Şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi zamanı dəlallara, vasitəçilərə yol verilməməlidir. Vətəndaşlar şəffaf şəkildə notairat orqanına müraciət etməli və vərəsəlik haqqında təsdiq edilmiş sənədi elektron formada bizə təqdim etməlidir"


XəzərXəbər xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, proses sadədir və tam şəkildə şəffaflıqla təmin olunacaq.



"Təbliğat aparılmazsa, hansısa işbazlar ərizə forması doldurmaq adından neqativ hallara yol verə bilərlər. KİV nümayəndələri prosesi tam şəkildə işıqlandırmalı və gələn neqativ müraciətlər barədə vaxtında məlumat verməlidir. Ünvanlı sosial yardımda müraciət elektron formada olmalıdır. Hansısa işbaz vasitəçi ortaya düşür və həll etmək adı ilə ciddi vəsaitlər alır. Gələn şikayətləri araşdıranda məlum olur ki, 80 faizdən artıq çəkilən adların heç birinin nazirliyə aidiyyatı olmur".

Xəbər lenti