Xəzər Xəbər

Azərbaycanda evlənmək istəyən minlərlə insanda təhlükəli xəstəlik tapıldı

Gündəm | 15:47 • 8 Oktyabr 2018
Azərbaycanda evlənmək istəyən minlərlə insanda təhlükəli xəstəlik tapıldı

Sentyabr ayında nikahdan əvvəl icbari tibbi müayinələr nəticəsində 10237 nəfər müayinə edilib. Müayinə edilənlərdən 292 nəfərdə talassemiya daşıyıcılığı, 23 nəfərdə siflis, 8 nəfərdə QİÇS aşkarlanıb.

Bu barədə Publika.az-a B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutundan məlumat verilib.

Məlumata görə, müayinədən keçən 2 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı müəyyən edilib.

2015-ci ili iyun ayından bu vaxta qədər 467659 nəfər müayinə edilib. Onlardan 17139-da talassemiya daşıyıcılığı, 1598 nəfərdə siflis, 395 nəfərdə QİÇS aşkarlanıb. Nikahdan əvvəl müayinəyə edilən 173 cütlüyün hər ikisi talassemiya daşıyıcısı olduğunu öyrənib.

Xəbər lenti