Xəzər Xəbər

Azərbaycan İndoneziyaya humanitar yardım göndərdi

Gündəm | 13:04 • 8 Oktyabr 2018
Azərbaycan İndoneziyaya humanitar yardım göndərdi
Azərbaycan İndoneziyaya humanitar yardım göndərib.


Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən XəzərXəbər-ə bildirilib ki, avqustun 5-də İndoneziyada baş verən 6,9 şiddətində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim edilib.


Qeyd edək ki, avqust ayında İndoneziyada baş verən təbii fəlakət nəticəsində ölkənin xüsusilə Lombok adası zərər çəkmiş, ümumilikdə isə 70 minədək ev, 600-dən çox məktəb, 3 xəstəxana, 65 məscid, 5-dən artıq körpü dağılıb. Təbii fəlakət yərində fəaliyyət göstərən beynəlxalq humanitar yardım təşkilatları və beynəlxalq kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən zəlzələ zamanı 400 nəfərədək şəxs həlak olmuş, 390 minədək əhali evsiz qalıb.

Xəbər lenti