Xəzər Xəbər

“Pyotr Velikiy” kruiz gəmisi Xəzərə buraxılacaq - Vaxt açıqlandı

Gündəm | 10:45 • 6 Oktyabr 2018
“Pyotr Velikiy” kruiz gəmisi Xəzərə buraxılacaq - Vaxt açıqlandı
Rusiyada Xəzər dənizinə "Pyotr Velikiy" adlı kruiz gəmisinin buraxılması planlaşdırılır.

Bu barədə AzVision.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin rəsmi nümayəndəsi Kənan Quluzadə məlumat verib.


O bildirib ki, gəmi Həştərxan vilayətindən dənizə buraxılacaq və Bakı, İran, Türkmənistan, Qazaxıstan ölkələrinə layner keçidləri təşkil ediləcək.


"Gəminin tez vaxtda buraxılması gözlənilirdi. Lakin proseslərin gedişi bu layihənin gələn il də gerçəkləşməyəcəyini göstərir. 2020-ci ildə Rusiya tərəfi layneri istifadəyə verəcək. Buna qədər Azərbaycan və Rusiya tərəfi təqdimatlar keçirəcək və laynerin tam olaraq potensialı gələcək istifadəçilər üçün nümayiş etdiriləcək. Layner 4-5 ulduzlu otel tiplidir. Xəzər boyu səyahət edəcək".

Xəbər lenti