Xəzər Xəbər

Abid Şərifovu Abutalıbov əvəzlədi

Gündəm | 10:12 • 6 Oktyabr 2018
Abid Şərifovu Abutalıbov əvəzlədi
Nazirlər Kabineti 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişikliklər edib.

XəzərXəbər xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.


"Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli 9 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alıb:


"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nın "Komissiyanın sədri” bölməsində "Abid Şərifov” sözləri "Hacıbala Abutalıbov” sözləri ilə və "Komissiyanın üzvləri” bölməsində "Ceyhun Bayramov” sözləri "Firudin Qurbanov” sözləri ilə əvəz edilsin”.

Xəbər lenti