Xəzər Xəbər

Radioaktiv, təhlükəli kimyəvi və bakterioloji maddələrin yayılmaması baxımından Azərbaycan ən təhlükəsiz ölkədir

Gündəm | 23:00 • 5 Oktyabr 2018
Radioaktiv, təhlükəli kimyəvi və bakterioloji maddələrin yayılmaması baxımından Azərbaycan ən təhlükəsiz ölkədir

Tbilisidə "Qara dəniz regionunda nüvə təhlükəsizliyi” mövzusunda keçirilən beynəlxalq konfrans oktyabrın 5-də işini davam etdirib.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfransda Cənubi Qafqazda, Qara dəniz regionunda və ümumiyyətlə dünyada nüvə silahlarının yayılması, bioloji silahlanma, radioaktiv və digər təhlükəli kimyəvi maddələrin qeyri-leqal yayılması, daşınması, onların cinayətkar və terrorçu qrupların əlinə keçməsi təhlükəsi barədə çıxışlar olub.


Bildirilib ki, bu gün təhlükəli kimyəvi maddələr, bakterioloji və radioaktiv tullantılar bəşəriyyət üçün ciddi təhlükə mənbəyinə çevrilib. Təkcə Cənubi Qafqaz və Qara dəniz regionu dövlətləri deyil, dünya ictimaiyyəti bu cür təhlükəli tendensiyalara qarşı birgə mübarizəni gücləndirməlidir.


Azərbaycan nümayəndə heyətinin üzvləri həm çıxışlarda, həm də ayrı-ayrı görüşlərdə ölkəmizdə radioaktiv, nüvə və digər qlobal təhlükə mənbəyi olan maddələrin yayılma və daşınma təhlükəsinin olmadığını diqqətə çatdırıblar. Azərbaycanın bu baxımdan ən təhlükəsiz ölkə olduğu vurğulanıb.

Xəbər lenti