Fransanın "Naval
Group” şirkəti bu yaxınlarda "Adroit” tipli üç patrul gəmisinin sifarişi
ilə bağlı Azərbaycanla müqavilə imzalayacaq. Müqavilənin dəyəri 400-500
milyon avro civarında qiymətləndirilir. Sifariş "Adroit” tipli, "OPV 90”
mülki və hərbi missiyaların yerinə yetirilməsi üçün üç "Gowind” patrul
gəmisinin satılmasından ibarətdir. "OPV 90" gəmiləri əsas olaraq Xəzər dənizinin sahilində yerləşən yerli tikinti sahəsində - "Baku Shipyard”da müştərək inşa ediləcək.
Məlumata görə, bu gəmilər az silahlanmış olacaq və Azərbaycana Xəzər
dəniz sularındakı sektorunu və təbii ehtiyatlarını etibarlı şəkildə
qorumağa imkan verəcək. "OPV 90" gəmisi 140 kvadrat metr sahəsi olan
platformaya, geniş panorama görüntüsünə, 10 tonluq helikopter üçün
meydançaya və 5 tonluq helikopter üçün anqara malikdir. Göyərtənin aşağı
hissəsində operativ manevrlər üçün sərt korpuslu 2 şişmə qayıq
yerləşdirilir. Bu göstəricilər gəminin genişləndirilmiş iş imkanlarını
nümayiş etdirir. Fransa gəmisində də bu xüsusiyyətlər var.
Azərbaycan
Hərbi Dəniz Qüvvələrinin tələbi ilə gəmi əlavə funksiyalarla təchiz
ediləcək. Belə ki, onun ön hissəsinə gəmi əleyhinə raket qurğusu, RƏM
qurğusu, elektron "müharibəyə" qarşı mübarizə qurğusu yerləşdiriləcək.
Bundan əlavə, yan tərəflərdən gəmi fırtına zamanı artırılmış möhkəmliyi
təmin etmək üçün sabitləşdirici qanadlarla təchiz olunacaq.
Həmçinin,
gəmidə "Polaris” hərbi idarəetmə sistemi quraşdırılacaq, bu isə vaxta
zabitinə taktik vəziyyətin tam mənzərəsini verir və digər gəmilərlə
məlumat mübadiləsinə imkan verən rabitə moduluna malikdir. Gəmi 6 min
milə (12 min km) qədər məsafə qət edə bilər, bu gəminin ömrü təxminən 30
ildir.
Qeyd edək ki, Fransanın "Naval Group” şirkəti 25-27 sentyabr tarixlərində Bakıda keçirilən "ADEX-2018" üçüncü Beynəlxalq müdafiə sərgisində özünün "OPV-90" mühafizə gəmisinin layihəsini təqdim edib. /azvision.az