Xəzər Xəbər

Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi

Gündəm | 11:29 • 5 Oktyabr 2018
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi

Səhiyyə Nazirliyinin səlahiyyətləri artırılıb.


XəzərXəbər xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.


Dəyişikliklə Əsasnamənin III (Nazirliyin vəzifələri) hissəsinə yeni 8.10-3 bəndi əlavə edilib.


Əlavəyə əsasən, Səhiyyə Nazirliyi həm də tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək.

Xəbər lenti