Azərbaycan Respublikasının ərazisində xarici dövlətin nəzarəti altında olan hər hansı laboratoriya mövcud deyil. XəzərXəbər xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən "RİA Novosti” agentliyinə məlumat verilib.
"Azərbaycan
ərazisində xarici dövlətin nəzarəti altında olan hər hansı laboratoriya
mövcud deyil. Ona görə də, hansısa laboratoriyaların yenidən
bərpasından söhbət gedə bilməz”, - deyə Müdafiə Nazirliyindən
bildirilib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin
radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillov
Ukrayna, Azərbaycan və Özbəkistanda Pentaqonun nəzarəti altında olan
laboratoriyaların yenidən bərpasının davam etdiyini bildirmişdi.