Bu gün Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası açılacaq. XəzərXəbər xəbər verir ki, yarmarka oktyabrın 28-dək davam edəcək.
Bu
il yarmarkada iştirak etmək üçün Dövlət Aqrar İnkişaf Mərkzələrinə 371
müraciət daxil olub. Arıçılar yarmarkaya 150 ton süzmə bal çıxarmağı
planlaşdırır. Yarmarkaya gətirilən balın 5 tonu çərçivə halındadır. Daha
çox arı məhsulları Astaradan və Aran iqtisadi rayonundan daxil olub.
Qida
Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, sərgi-yarmarkaya
çıxarılan bal məhsulları ciddi şəkildə müvafiq standartlara uyğun
ekspertizadan keçirilib. Belə ki, yarmarkaya daxil olan məhsullar məxfi
şəkildə kodlaşdırılıb, agentliyin əməkdaşları tərəfindən nümunələr
götürülüb. 3974 bal nümunəsi ekspertizadan keçirilib, təqribən 900
nümunənin keyfiyyətsiz olduğunun aşkar edilib. Nəticədə 30 tona yaxın
keyfiyyətsiz hesab edilən bal məhsulları xüsusi anbara yığılaraq
satışdan çıxarılıb.
Qeyd edək ki, arıçılıq məhsullarının sərgi-satış yarmarkası oktyabrın 5-dən 28-dək Bakı
şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında
(Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək.
Yarmarka bu gün saat 15:00-da açılacaq.