Xəzər Xəbər

Ermənistanda parlament seçkilərində milli ekstremizm, nasizm və irqçilik ideologiyaları mübarizə aparacaq

Gündəm | 16:40 • 4 Oktyabr 2018
Ermənistanda parlament seçkilərində milli ekstremizm, nasizm və irqçilik ideologiyaları mübarizə aparacaq

Oktyabrın 1-də Yerevanda "Sasna srer” terror təşkilatının yaraqlıları öz partiyalarında təsis qurultayı keçiriblər. Bu partiya noyabrın sonu–dekabrın əvvəlində Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir. Bu, o deməkdir ki, gələn parlament seçkilərində Ermənistanda 3 əsas ideologiya – milli ekstremizm, nasizm və irqçilik ideologiyaları mübarizə aparacaqlar.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə oktyabrın 4-də Bakı Beynəlxalq Mətbuat Mərkəzində "Ermənistan: Nasizmə icazə verilən ölkə” mövzusunda keçirilən mətbuat konfransında rusiyalı tarixçi və hüquqşünas, professor Oleq Kuznetsov bildirib.


"Ermənistanda növbəti parlament seçkilərində heç bir demokratiyadan, liberalizmdən, müasir dünya anlayışına uyğun gələn hər hansı ideologiyadan söhbət gedə də bilməz. Bu ölkədə demokratiya üçün meydan, ümumbəşər dəyərləri tamamilə yox edilib. Buna görə də növbəti seçkilərə yalnız məzhəkə kimi yanaşmaq lazımdır”, - deyə rusiyalı tarixçi bildirib.


O.Kuznetsov, həmçinin əlavə edib ki, bu və ya digər siyasi xadim orta əsrlər ideologiyası "qazan”ından yuxarı atılırsa, o zaman Ermənistanda ideoloji planda hər hansı alternativdən danışmağa lüzum qalmır.

Xəbər lenti