Xəzər Xəbər

Lift İdarəsindəki qanun pozuntuları ilə bağlı cinayət işi açıldı

Gündəm | 15:46 • 4 Oktyabr 2018
Lift İdarəsindəki qanun pozuntuları ilə bağlı cinayət işi açıldı
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi açılıb.


Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov XəzərXəbər-ə bildirib ki, fakt üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.


Qeyd edək ki, "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov tutduğu vəzifədən azad olunub, hazırda müəssisədə yoxlamalar aparılır.

Xəbər lenti