Xəzər Xəbər

Yarmarkaya gətirilən 30 ton bal yararsız çıxdı

Gündəm | 15:21 • 4 Oktyabr 2018
Yarmarkaya gətirilən 30 ton bal yararsız çıxdı
Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkasına çıxarılması planlaşdırılan 3974 adda məhsuldan 900-ü, yəni təxminən 30 ton məhsul ekspertizanın nəticələrinə görə yararsızdır.


XəzərXəbər xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib.


Onun sözlərinə görə, yarmarkaya çıxarılan bütün məhsullar ekspertizadan keçirilib və keyfiyyətə cavab verməyən məhsullar ayrı anbara toplanılıb.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov isə qeyd edib ki, daha keyfiyyətsiz arıçılıq məhsulları əsasən Daşkəsən və Astara rayonlarından daxil olur.

Xəbər lenti