Xəzər Xəbər

Moskvadan Qarabağ AÇIQLAMASI: “Rusiya buna hazırdır”

Gündəm | 13:48 • 4 Oktyabr 2018
Moskvadan Qarabağ AÇIQLAMASI:

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müsbət meyilləri ehtiyatsız bəyanatlarla zədələmək olmaz.

Trend-in məlumatına görə, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində meydana gələn bütün müsbət meyilləri alqışlayır: "İndi bu müsbət meyilləri ehtiyatsız bəyanatlarla zədələmədən daha da inkişaf etdirmək lazımdır".

M.Zaxarova münaqişənin nizamlanması üzrə son görüşlər və problemin həllində Rusiyanın rolu barədə danışarkən deyib: "Biz də öz tərəfimizdən bu müsbət meyillərə mümkün qədər hər cür dəstək verəcəyik”.

Xəbər lenti