Xəzər Xəbər

Nazirlikdən əhaliyə xəbərdarlıq Təhlükəli təbiət hadisəsi olacaq

Gündəm | 15:23 • 3 Oktyabr 2018
Nazirlikdən əhaliyə xəbərdarlıq
kologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq yayıb.


Qurumdan XəzərXəbər-ə verilən məlumatda qeyd olunur ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək güclü şimal-qərb küləyi əsəcək. Arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.


Azərbaycanın rayonlarında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Xəbər lenti