Xəzər Xəbər

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün səyləri alqışlayır - ATƏT

Gündəm | 12:50 • 3 Oktyabr 2018
Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün səyləri alqışlayır - ATƏT

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azaldılması və münaqişənin dinc nizamlanması üçün bütün səylərini alqışlayır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq ATƏT-dən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş söhbətin Dağlıq Qarabağ münaqişəsi nizamlanması prosesinə mümkün təsiri barədə sualı cavablandırarkən deyiblər.

Cavabda bildirilir: "Həmsədrlər tərəflərin əldə etdiyi və bu məqsədə çatmağa xidmət edən bütün razılaşmaları dəstəkləyir və uzunmüddətli, hərtərəfli həll yolu tapmaqda tərəflərə kömək etmək üçün zəruri vasitəçilik köməyi göstərməyə hazırdırlar”.

Xəbər lenti