Xəzər rayonunun Binə qəsəbəsində qatarla avtobusun toqquşması nəticəsində yaralanan şəxslərin müalicələri davam edir.Səhiyyə Nazirliyindən verilən məlumata görə, 3 saylı Şəhər Kliniki Xəstəxanasında hazırda 2
nəfər reanimasiya şöbəsindədir, həmin şəxslərin vəziyyəti ağır
stabildir.
"7 nəfər
travmatologiya şöbəsində, 1 nəfər müştərək travmatologiya şöbəsində, 2
nəfər isə uşaq travmatologiya şöbəsindədir. Onların vəziyyətləri
stabildir, müalicələri davam edir. Kliniki Tibbi Mərkəzdə hazırda 3
nəfər var. Onlardan 2-i bu gün evə buraxılacaq. 1 nəfər isə reanimasiyadadır, vəziyyəti ağır stabildir”.
Qeyd edək ki, oktyabrın 1-də Xəzər rayonu Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu qatarla toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 41 nəfər yaralanıb.