Xəzər Xəbər

Paşinyan istefa verməyə hazırdır

Gündəm | 09:02 • 3 Oktyabr 2018
Paşinyan istefa verməyə hazırdır
Ermənistanın baş naziri Nikol Paşinyan gözlənilməz açıqlama verib. O, bildirib ki, "Çiçəklənən Ermənistan” və "Daşnaksütun” partiyalarından olan nazir və qubernatorların vəzifələrindən azad olunması barədə fərmanlar qüvvəyə mindikdən sonra istefaya gedəcək.


Erməni KİV-ləri xəbər verir ki, Paşinyan bu barədə bəyanatla çıxış edib.


"Nazirlər və qubernatorların işdən çıxarılması haqqında qərar hüquqi qüvvəyə mindikdən sonra istefaya gedəcəyəm", - Paşinyan deyib.

Onun sözlərinə görə, parlament yeni baş naziri seçməzsə, növbədənkənar parlament seçkiləri təyin olunacaq. Bundan əlavə, Paşinyan vətəndaşlara növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə küçələrə çıxmaq barədə çağırış edib.

Qeyd edək ki, hazırda Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirilir. Paşinyanın tərəfdarları parlamentin bir neçə saat əvvəl qəbul etdiyi "Milli Məclisin reqlamenti haqqında" qanuna düzəlişlər edilməsi barədə layihəyə qarşı etiraz edirlər.

Belə ki, sözegedən qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur. Bu isə, Paşinyanın növbədənkənar seçki planlarını alt-üst edir./azvision.az

Xəbər lenti