Xəzər Xəbər

Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir - FOTO

Gündəm | 17:56 • 2 Oktyabr 2018
Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir -

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokoluna əsasən, Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunlarının nümayəndə heyəti Bakıda səfərdədir.


Xezerxeber.az məlumat verir ki, oktyabrın 2-də Türkiyənin nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub. Görüşdə Azərbaycan tərəfindən Xarici dil və Tərəfdaşlıq Mərkəzi, Türkiyə tərəfindən isə Quru Qoşunlarının Dil Məktəbi haqqında brifinqlər təqdim olunub.

Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri müzakirə olunub.

Səfər oktyabrın 5-dək davam edəcəkdir.

Xəbər lenti