XəzərXəbər-in məlumatına görə, Baş nazir Novruz Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.