Son günlər bir sıra
media orqanlarında və sosial şəbəkələrdə ölkəyə idxal olunan bəzi
şirniyyat məhsulları ilə bağlı ümumiləşdirilmiş və dəqiq olmayan
məlumatlar yayılır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mətbuat xidmətinin rəhbəri Mansur Piriyev açıqlamasında deyib ki, qeyd olunan məhsullar ("Ozmo", "Eti", "Puf",
"Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte
Lemo"şirniyyatları və "Banduel" məhsulları) müxtəlif partiyalarla ölkəyə
xaricdən davamlı olaraq idxal olunur və İdxal olunuan qida
məhsullarının hər bir partiyası qida təhlükəsizliyi baxımından
ekspertizalara cəlb olunur.
"Məlumat
verildiyi kimi, sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri
normalara cavab verməyən partiyaya aid olan "Ozmo", "Eti", "Puf",
"Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte
Lemo", şirniyyatları, "Banduel" (yaşlı noxud) qida məhsullarının satışı
qadağan olunub və dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid
olan məhsullar satış şəbəkələrindən geri çağırılıb. Hazırda satış
şəbəkələrindən yığışdırılan həmin məhsullar müvafiq anbarlarda
saxlanılır və araşdırma üzrə əlavə tədbirlər həyata keçirilməkdədir".