Xəzər Xəbər

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı məlum olub

Gündəm | 10:03 • 24 Sentyabr 2018
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı məlum olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub.


XİN-dən xezerxeber.az-a verilən məlumata görə, BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin 26 sentyabr tarixində Nyu-Yorkda görüş keçiriləcək.


Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.


Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Xəbər lenti