Xəzər Xəbər

Bakı Şəhər İcra Hakimiyyəti hava xəbərdarlığı ilə bağlı hərəkətə keçdi

Gündəm | 16:37 • 23 Sentyabr 2018
Bakı Şəhər İcra Hakimiyyəti hava xəbərdarlığı ilə bağlı hərəkətə keçdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına əsasən, sentyabrın 22-si gündüzdən 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.


Bakı Şəhər İcra Hakimiyyətindən xezerxeber.az-a daxil olan məlumata görə, xəbərdarlıqla bağlı bütün təsərrüfat xidmətləri səfərbər olunub: "Yarana biləcək fəsadların qarşısının alınması üçün rəhbərliyin göstərişilə hazırlıq görülür”.

Xəbər lenti