Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib. XəzərXəbər xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Ölkənizdə törədilmiş terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.
Biz
bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi pisləyir, onun
bütün forma və təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını
vacib hesab edirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"