"Kollektiv
Təhlükəsizlik üzrə müqavilə Təşkilatının (KTMT) baş katibinin vəzifə
səlahiyyətindən sui-istifadə edərək Ermənistan-Azərbaycan münaqişəsi ilə
bağlı açıqlama ilə çıxış etməsi təşkilatın mandatından kənar xarakter
daşıyır. Ermənistan vətəndaşlığını daşıyan baş katibin açıqlaması
subyektiv və qərəzlidir və Ermənistan istisna olmaqla, üzv dövlətlərin
münaqişə ilə bağlı mövqeyi ilə ziddiyyət təşkil edir”. XəzərXəbər-in
məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində
bildirilir ki, təşkilatın baş katibi Ermənistan silahlı qüvvələri
tərəfindən iki ölkənin sərhədi boyunca Azərbaycan ərazilərinin, o
cümlədən mülki insanlar və obyektlərin müxtəlif silahlardan davamlı
olaraq atəşə tutulması faktının üzərindən sükutla keçir:
"Hərbi
ritorikadan danışan baş katibə Ermənistan baş nazirinin vəziyyətin
gərginləşməsinə və danışıqlar prosesinin pozulmasına xidmət edən cəfəng
və ziddiyyətli açıqlamaları ilə tanış olmağı tövsiyə edirikqoşunların
təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca gərginliyin
yaranmasının səbəbi Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi
və Ermənistan qoşunlarının ölkəmizin işğal olunmuş ərazilərində
qeyri-qanuni mövcudluğudur.
Baş katibə xatırlatmaq istərdik ki,
KTMT-nin beynəlxalq hüquqi əsasını təşkil edən və 10 dekabr 2010-cu ildə
yeniləşdirilmiş Kollektiv Təhlükəsizliyə dair Müqavilənin 1-ci bəndinə
uyğun olaraq, "iştirakçı dövlətlər dövlətlərarası münasibətlərdə güc
tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinmək barədə
öhdəliklərini bir daha təsdiq ediblər. Üzv dövlət olan Ermənistanın
Azərbaycana qarşı yürütdüyü hərbi təcavüz və işğalçılıq siyasəti
KTMT-nin əsasını təşkil edən hüquqi sənədlərlə belə ziddiyyət təşkil
edir.
KTMT-nin Baş katibi həqiqətən gərginliyin aradan qaldırılmasında maraqlıdırsa, onda üzv dövlət olan Ermənistan qoşunlarının BMT
Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq
Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməsi
faydalı olardı”.