Xəzər Xəbər

Prezident Vyetnamın Baş katibinə başsağlığı verib

Gündəm | 14:02 • 22 Sentyabr 2018
Prezident Vyetnamın Baş katibinə başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibi Nquyen Fu Çonqa başsalığı məktubu ünvanlayıb.


XəzərXəbər xəbər verir ki, başsağlığı məktubunda deyilir:


"Hörmətli cənab Baş katib,

Vyetnam Sosialist Respublikasının Prezidenti, görkəmli dövlət xadimi Çan Day Kuanqın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Çan Day Kuanq Azərbaycan-Vyetnam münasibətlərinin inkişafına, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfələr vermişdir.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Xəbər lenti