"Azərbaycan və
Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda BMT Baş Assambleyası
çərçivəsində nəzərdə tutulan görüşü ərəfəsində Ermənistan rəhbərliyi
tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə belə bir təxribatçı
səfərin edilməsi və səfər zamanı aqressiv bəyanatların səsləndirilməsi
Ermənistan tərəfinin qəsdən vəziyyəti gərginləşdirmək niyyətinin
göstəricisidir. ATƏT-in Minsk Qrupunun həmsədrlərini işğalçı Ermənistanı
danışıqlar prosesinə xələl yetirən bu kimi təxribatçı addımlardan və
bəyanatlardan çəkindirmək istiqamətində addımlar atmağa çağırırıq". XəzərXəbər xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətinin açıqlamasında bildirilib.
Qeyd
edilib ki, Ermənistan son günlər təmas xəttində, eləcə də
Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşdirilməsi
istiqamətində sistematik addımlar atır: "Azərbaycan torpaqlarının
işğalı, bu ərazilərdə törədilən çoxsaylı qanun pozuntuları və cəbhə
bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan
rəhbərliyinin üzərinə düşür".