Azərbaycan-Gürcüstan
sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi
1955-1991-ci illər ərzində keçmiş Sovet hərbi ordusunun sınaq və təlim
ərazisi kimi intensiv surətdə istifadə edilib. Ceyrançöl ərazisinin mina
və partlamamış hərbi sursatlardan təmizlənməsi layihəsinin birinci
mərhələsi çərçivəsində 28 ay (aprel 2012-İyul 2014) ərzində 66 kvadrat
kilometr ümumi sahənin 19 kvadrat kilometr ərazisi tam təmizlənib və 14,
654 PHS (partlamamış hərbi sursatlar) və 173 tank əleyhinə mina
tapılaraq zərərsizləşdirilib. XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA)-NATO
Dəstək Agentliyi (NSPA) Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun
"Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan
təmizlənməsi" birgə layihəsinin bağlanış mərasimində ANAMA-nın direktoru
Qəzənfər Əhmədov deyib.
O, bildirib ki, Ceyrançöl layihəsinin
2-ci mərhələsinə 2014-cü ilin iyulunda start verilib və 29 ay müddətində
davam edən mərhələ çərçiəsində 25.361.396 kvadrat kilometr ərazi
təmizlənib, 1553 döyüş məqsədli PHS və minlərlə metal qırıntıları
tapılaraq zərərsizləşdirilib.
Q.Əhmədovun sözlərinə görə,
layihənin 3-cü mərhələsinə 2017-ci ilin yanvarında start verilib və 18
ay müddətində davam edən mərhələ çərçivəsində 22 milyon kvadrat
kilometrə yaxın ərazi təmizlənib, 2 146 ədəd mina və PHS aşkar edilərək
zərərsizləşdirilib:
"Bu layihənin ilk iki mərhələsinə rəhbər ABŞ,
sonuncu mərhələsində isə Türkiyə olub, donor ölkə qismində Almaniya,
Macarıstan, İslandiya, İtaliya, Norveç, Yaponiya, İsveçrə, Böyük Britaniya, Türkiyə və ABŞ
dövlətləri olub. Azərbaycan hökuməti də bu vəziyyətlə dərindən
maraqlanıb və layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq, layihənin
ümumi dəyərinin 50 faizi miqdarında maliyyə vəsaiti ayırıb".