Xəzər Xəbər

Qırğızıstan Joqorku Keneşinin sədri Azərbaycana səfərə gəlib

Gündəm | 17:25 • 19 Sentyabr 2018
Qırğızıstan Joqorku Keneşinin sədri Azərbaycana səfərə gəlib

Qırğızıstan parlamenti - Joqorku Keneşinin sədri Dastanbek Cumabekovun sentyabrın 19-da Azərbaycana səfəri başlayıb.


Xezerxeber.az xəbər verir ki, səfərin məqsədi Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etməkdir.


Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Dastanbek Cumabekovu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbər lenti