Xəzər Xəbər

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək - AÇIQLAMA

Gündəm | 17:17 • 19 Sentyabr 2018
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək -

Yaxın iki gün ərzində ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək, şimşək çaxacaq, yağış yağacaq. Hərarətin Bakıda və Abşeron yarımadasında 24-28°, bölgələrdə 25-30°, dağlıq ərazilərdə 15-20° isti olacağı gözlənilir.


Xezerxeber.az bildirir ki, bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.


Bildirilib ki, sentyabrın 21-dən etibarən respublika ərazisində hava şəraitinin nisbətən mülayimləşəcəyi proqnozlaşdırılır.

Xəbər lenti