Xəzər Xəbər

Müdafiə Nazirliyi: Ermənistan 4-5 hərbi qulluqçusunu itirib

Gündəm | 13:18 • 17 Sentyabr 2018
Müdafiə Nazirliyi: Ermənistan 4-5 hərbi qulluqçusunu itirib

Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib.

XəzərXəbər məlumat verir ki, bu barədə Trend-in soruğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, erməni tərəfinin guya son günlər Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil:

"Bu dezinformasiyadır və özlərinin verdiyi itkiləri ört-basdır etmək məqsədilə daxili auditoriya üçün tirajlanır".

Nazirlikdən deyiblər ki, Azərbaycan tərəfindən fərqli olaraq, son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədir:

"O ki qaldı yaralanan erməni mülki şəxsə, bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açmır".

Xəbər lenti