Cari ilin
yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında Təmizləyici
Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, Bakı
şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq
"Yasamal-1” və "Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik
yarımstansiyaları istifadəyə verilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövr ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, "Dinamo” oteli, Abşeron Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev
prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Sumqayıt şəhərində
Sumqayıt Kimya Sənaye Parkında polipropilen zavodu, Mingəçevir
şəhərində, Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil” MMC-nin iplik
istehsalı üzrə iki müəssisəsi, Naftalan şəhərində Naftalan şəhər
Mərkəzi Xəstəxanası, Goranboy rayonunda "Region Aqropark”, Şəmkir-Samux-Goranboy
magistral suvarma kanalının ikinci növbəsi, 110/35/10 kilovoltluq
"Dəliməmmədli” elektrik yarımstansiyası,
Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun
tikintisi yekunlaşdırılıb.
Həmçinin Xaçmaz rayonunda "Azərxalça” ASC-nin Xaçmaz filialı, İsmayıllı rayonunda Heyvandarlıq Kompleksi, Aqropark, "İsmayıllı” elektrik yarımstansiyası, "Azərxalça” ASC-nin İsmayıllı filialı, Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolu, Neftçala rayonunda, Neftçala Sənaye Məhəlləsində "Xəzər” avtomobil zavodu, Şamaxı
rayonunda üzümçülük və şərabçılıq kompleksi, Dəmirçi Arxeologiya
Muzeyi, Dəmirçi-Lahıc avtomobil yolu, Naxçıvan Muxtar Respublikasında
bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika
müəssisəsi, 922 şagird yerlik 3, Bakı və Şəki şəhərlərində, Abşeron, Balakən, Şamaxı rayonlarında 5816 şagird yerlik 5 ümumtəhsil məktəb binası və digər obyektlər istifadəyə verilib.