Xəzər Xəbər

Azərbaycan ilə İsrail arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq layihələri müzakirə olunub

Gündəm | 12:53 • 15 Sentyabr 2018
Azərbaycan ilə İsrail arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq layihələri müzakirə olunub

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycanda səfərdə olan İsrailin müdafiə naziri Aviqdor Libermanla görüşüb.


Müdafiə Sənayesi Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə mövcud və perspektiv əməkdaşlıq layihələri müzakirə edilib.


Görüşdə sentyabrda Bakıda keçiriləcək "ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisində İsrailin milli pavilyonla iştirak etməsindən məmnunluq ifadə olunub.

Xəbər lenti