Xəzər Xəbər

Nazir Aşura ilə bağlı valideynlərə çağırış edib

Gündəm | 19:41 • 12 Sentyabr 2018
Nazir Aşura ilə bağlı valideynlərə çağırış edib
"Məktəb şagirdinin əsas funksiyası məktəbdə olmaq, dərs oxumaqdır. Biz düşünürük ki, məktəb rəhbərliyi buna xüsusi diqqət yetirəcək".


XəzərXəbər xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Aşura gündə şagirdlərin dərsdən yayınmasına münasibət bildirərkən deyib.


Nazir vurğulayıb ki, məktəb rəhbərliyi, sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidirlər: "Hesab edirik ki, bu mesajlar sinif rəhbərləri vasitəsilə valideynlərə də çatdırılacaq. Valideynlər şagirdlərin dərsdə olması üçün maraqlı olmalı və bunu təmin etməlidirlər".

Xəbər lenti