"Son 4 ildə həm rus
bölməsi, həm də Azərbaycan bölməsinə müsahibə yolla qəbul aradan
qaldırılıb. Bu da rus bölməsinə marağı artırıb. Rus dilini bilənlərlə
yanaşı, bu dildə danışa bilməyənlər rus sektorda oxumaq üçün müraciət
edir. Nəticədə sıxlıq yaranır". XəzərXəbər xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı
Şəhər Təhsil İdarəsinin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva
deyib. O qeyd edib ki, bu gün rus bölməsi üzrə 273 ibtidai sinif
müəllimi çatışmır.
"Problem bizi narahat edir və Təhsil Nazirliyinin
qarşısında təkliflərlə çıxış edəcəyik. Kadr çatışmalığı ümumi orta və
tam orta təhsil səviyyəsində daha çox hiss olunur. Kadr çatışmazlığı
həllini tapmasa, əlavə siniflərin açılması mümkün deyil. Səbəb odur ki,
rus bölməsi üzrə çıxarılan vakansiyaları tutmaq üçün namizədlər kifayət
qədər bal toplaya bilmirlər".