Xəzər Xəbər

10 təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb

Gündəm | 16:55 • 12 Sentyabr 2018
10 təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb
Ötən tədris ilində 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib. Bundan başqa Bakı Şəhər Təhsil İdarəsinin bir əməkdaşı, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işdən çıxarılıb.


XəzərXəbər xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil Idarəsinin müdiri vəzifəsini icra edən, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.


Onun sözlərinə görə, 2 BŞTİ əməkdaşı, 18 təhsil müəssisəsinin rəhbəri , 32 direktor müavini, 54 müəllim, BŞTİ-yə tabe struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Bundan əlavə, BŞTİ-yə tabe struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini, 40 müəllimə isə xəbərdarlıq edilib.

Xəbər lenti