Xəzər Xəbər

Azərbaycan və Ermənistan XİN rəhbərləri bu ay Nyu Yorkda görüşə bilər

Gündəm | 17:18 • 12 Sentyabr 2018
Azərbaycan və Ermənistan XİN rəhbərləri bu ay Nyu Yorkda görüşə bilər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü sentyabrın 4-cü həftəsində Nyu-Yorkda baş tuta bilər.

Trend-in məlumatına görə, bunu ATƏT-in baş katibi Tomas Qreminger Bakıda jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, iki ölkənin xarici işlər nazirlərinin görüşü planlaşdırılır.

Xəbər lenti