Xəzər Xəbər

İsrailin müdafiə naziri Azərbaycana səfər edəcək - YENİLƏNİB

Gündəm | 12:12 • 12 Sentyabr 2018
İsrailin müdafiə naziri Azərbaycana səfər edəcək -

Sentyabrın 13-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.


Xezerxeber.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Xəbər lenti