Xəzər Xəbər

MSK-nın sədr müavini işdən çıxıb

Gündəm | 10:24 • 12 Sentyabr 2018
MSK-nın sədr müavini işdən çıxıb

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov işdən çıxıb.


Milli Məclis MSK-ya yeni üzvün seçilməsi məsələsinə baxacaq.

N.Məmmədov isə Nazirlər Kabineti Aparatı rəhbərinin müavini təyin edilib.

Xatırladaq ki, N.Məmmədov 2004-cü ildə parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib. O, Azərbaycan Respublikasının Mili Məclisində heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edirdi. N.Məmmədov 2010-cu ildə isə MSK-nın sədr müavini seçilib. ("Report”)

Xəbər lenti