Dövlət Gömrük
Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin
rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanov vəzifəsindən
azad edilib.
Dövlət Gömrük Komitəsinin
məlumatına görə, Əməliyyat-İstintaq Baş İdarəsinə Dövlət Komitəsinin
Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti
polkovnik-leytenantı Natiq İmanovun pensiya yaşına çatmış əməkdaşlara
dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl
verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti
alması barədə məlumat daxil olub.
Dövlət Komitəsinin
Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi
əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti
dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul
müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən
yaxalanıb.
DGK sədrinin müvafiq əmrinə əsasən, Maliyyə və
Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi Natiq İmanov dərhal tutduğu
vəzifədən azad edilib və hazırda fakt üzrə toplanmış materiallar hüquqi
qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.