"ASAN xidmət”dən XəzərXəbər-ə verilən xəbərə görə, "ASAN Ödəniş” dövlət informasiya sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti və 5 publik hüquqi şəxs, dövlətə məxsus 4 hüquqi şəxs olmaqla 118 dövlət qurumunun inzibati cərimələrinin, kommunal, aqrolizinq xidmətlərin ödənilməsi "ASAN ödəniş” dövlət informasiya sisteminin www.asanpay.az ödəniş portalı və terminalları vasitəsilə həyata keçirilir.