Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən
növbəti əmək yarmarkaları ötən həftə Şəmkir, Lerik və Qusar rayonlarında
keçirilib.
Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, hər üç yarmarka zamanı işsiz və işaxtaran
vətəndaşlara həmin rayonlarda fəaliyyət göstərən 60-dan çox müəssisə
üzrə 1000-dən çox vakant yer təklif olunub. Tədbirlər nəticəsində 200
nəfər işsiz və işaxtaran şəxsə vakant iş yerlərinə göndərişlər verilib.
Ayrı-ayrı
şəxslər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına
və ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata götürülüb.
Habelə kiçik ailə təsərrüfatını yaratmaq üçün potensialı olanlar
özünüməşğulluq proqramına cəlb olunmaq üçün qeydə alınıblar.
Bu həftə isə Abşeron, Bərdə, Ağdam, Biləsuvar, Yardımlı rayonlarında əmək yarmarkalarının keçirilməsi planlaşdırılıb.