"Rusiya idxala görə
Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin
azərbaycanlı ixracatçıları üçün birinci yerdədir. Yəni, bu, özlüyündə
ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə dəlalət
edir. Vladimir Vladimiroviç dediyi kimi, çoxlu investisiya layihələri
həyata keçirilir və onların yaxşı perspektivi vardır. Bütövlükdə
ticari-iqtisadi sahədə əmtəə dövriyyəsinin artmasını, inteqrasiya
əlaqələrinin möhkəmlənməsini və şirkətlərimiz arasında əməkdaşlıq üçün
daha yaxşı şərait yaradılmasını gözləyirik. Əlbəttə, bu işdə nəqliyyat
layihələri çox mühüm rol oynayır" XəzərXəbər xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Soçidə mətbuata bəyanatında bildirib.
Rusiya və Azərbaycanın qonşu dövlətlər olduğunu bildirən Prezident İlham Əliyev deyib: "Bizi həm dəmir yolları, həm avtomobil yolları, həm də çox fəal sərnişin və yükdaşımaları üçün hava
yolları birləşdirir. Biz ölkələrimiz, eləcə də qonşularımız üçün yeni
nəqliyyat imkanları yaradılması üzrə gələcək addımlarımızı ətraflı
müzakirə etdik. Vladimir Vladimiroviç Şimal-Cənub layihəsinin
reallaşdırılmasının vacibliyini qeyd etdi. Azərbaycan da öz tərəfindən
ölkə ərazisində bu istiqamətdə bütün mühüm infrastruktur layihələrini
həyata keçirib. Bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə
müqayisədə 100 dəfə çox yük daşınıb. Bu, hələ başlanğıcdır, çünki bu
genişmiqyaslı qlobal layihə çoxsaylı ölkələri və qitələri əhatə edəcək.
Beləliklə, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş
yeri yaradılacaq”.