Xəzər Xəbər

Havada olan tozun miqdarı sanitar norma daxilindədir

Gündəm | 11:41 • 1 Sentyabr 2018
Havada olan tozun miqdarı sanitar norma daxilindədir

Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarı artıq sanitar norma daxilindədir.


Bu barədə xezerxeber.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva məlumat verib.


O, həmçinin deyib: "Avqustun 31-də atmosfer havasında tozun maksimum qatılığı normadan iki dəfə çox olub. Hazırda aparılan monitorinqlərin nəticələrinə görə tozun miqdarı sanitar normaya yaxındır”.


Xatırladaq ki, tozun miqdarının normadan yuxarı olmasına səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır. Belə hava şəraiti sentyabrın 1-dək davam edib.


Qeyd edək ki, havada olan tozun miqdarının ən yüksək göstəricisi avqustun 30-da qeydə alınıb. Belə ki, həmin gün tozun miqdarı normanı 6 dəfə ötüb.

Xəbər lenti